Ankarada 28 May - Respublika Günü qeyd olunub - FOTOSESSİYA

Ankarada 28 May - Respublika Günü qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 29 may 2015 12:33 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə Ankarada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə, Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan, Türkiyə Böyük Millət Məclisinin sabiq sədrləri İsmət Sezqin və Hikmət Çətin, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı ordu generalı Abdulla Atay ilə yanaşı digər generallar, millət vəkili Sinan Oğan, müxtəlif siyasi partiyaların təmsilçiləri, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, çox sayda QHT-lərin rəhbərləri və nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak edib.

Səfir Faiq Bağırov Azərbaycan Demokratik Respublikası haqqında məlumat verib, ölkəmizin hər sahədə inkişaf etdiyini bildirib.

Tədbir iştirakçılarına türk dilində nəşr etdirilmiş "Heydər Əliyev" və "İlham Əliyev" kitabları ilə yanaşı "İrs-Miras" və "Diplo Atlas" jurnalları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR