Gürcüstanda qanunsuz silah saxlamaq ağır cinayətlər kateqoriyasına daxil edilib

Gürcüstanda qanunsuz silah saxlamaq ağır cinayətlər kateqoriyasına daxil edilib
# 20 sentyabr 2014 16:25 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Gürcüstan hökuməti silahla bağlı qanuna yeni əlavə və dəyişikliklər paketini təsdiq edib.

APA-nın “Qruziya onlayn”a istinadən verdiyi məlumata görə, odlu silah əldə edilməsi və saxlanılmasına indiki kimi 18 yox, 23 yaşdan sonra icazə veriləcək. İdman, qaz və ov silahlarının saxlanılması üçün yaş həddi isə 21-ə qaldırılıb.

Yeni qanuna əsasən, artıq yalnız odlu və ya soyuq silahdan istifadəyə görə yox, həmçinin sərxoş halda maşın sürməyə görə inzibati xətası qeydə alınmış insanlar silah ala bilməyəcəklər.

Qanunsuz silah saxlamaq ağır cinayətlər kateqoriyasına aid edilib. Bundan sonra qanunsuz silah əldə etmək və saxlamağa görə Gürcüstan vətəndaşlarını 3-4 il həbs cəzası, üzərində daşımağa görə isə 4-5 il həbs cəzası gözləyəcək. Bundan əvvəl nəzərdə tutulan cərimə ləğv olunub.

Qanuni şəkildə silah saxlayanlar isə silah sökülmüş və patronsuz vəziyyətdə olmadıqda, inzibati məsuliyyətə cəlb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR