Zaqatalada 20 yaşlı qız nişan günü itkin düşüb - FOTO - VİDEO

Zaqatalada 20 yaşlı qız nişan günü itkin düşüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 iyul 2014 18:10 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Osmanova Əsmər Mübariz qızı 27 iyun tarixində səhər saatlarında evdən işə, ordan isə gözəllik salonuna getmək adı ilə çıxaraq, bir daha geri qayıtmayıb. Əsmər Osmanovanın ailə üzvülərinin APA-ya verdiyi məlumata görə, həmin gün Əsmərin nişan mərasiminə hazırlaşırdılar. Valideynlərinin sözlərinə görə, Əsmər Osmanova nişanlanacağı gənci sevirmiş.

Övladlarının taleyindən narahat olan ailə elə həmin gün qızlarının itkin düşmələri barədə yazılı şəkildə Rayon Polis Şöbəsinə müraciət edib.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 27 iyun tarixindən Osmanova Əsmərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat- axtarış qrupu yaradılıb. Hazırda axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR