Dünyanın fond bazarlarında əksər səhmlər və qızıl bahalaşıb

Dünyanın fond bazarlarında əksər səhmlər və qızıl bahalaşıb
# 19 mart 2015 06:32 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,27% - 18 076,19 bəndədək, S&P 500 1,22% - 2 099,50 bəndədək, NASDAQ 0,92% - 4 982,83 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,57% - 6 945,20 bəndədək, Fransa CAC-40-ı 0,09% - 5 033,42 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,48% - 11 922,77 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,35% - 19 476,75 bəndədək azalıb, Hang Seng 1,31% - 24 435,98 bəndədək, Shanghai 0,44% - 3 593,19 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 19,20 dollar bahalaşaraq 1 170,50 dollara, gümüş isə 0,42 dollar azalaraq 15,96 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR