Ədən limanı husiləri dəstəkləyən Yəmən ordusunun nəzarəti altına keçib

Ədən limanı husiləri dəstəkləyən Yəmən ordusunun nəzarəti altına keçib
# 06 may 2015 19:33 (UTC +04:00)

Bakı-APA. Şiə üsyançıları (husiləri) dəstəkləyən Yəmən ordusu Ədən şəhərinin Ət-Təvahi inzibati ərazisini tam nəzarət altına alıb.

APA-nın məlumatına görə, bu barədə “Al Manar” telekanalı məlumat yayıb.

Yəmənin ölkəni tərk etmiş prezidenti Əbd-Rəbbo Mənsur Hadinin tərəfdarları Respublika sarayı, Teleradio şirkətinin binası və siyasi təhlükəsizlik xidmətinin qərargahını tərk ediblər.

Reuters agentliyinin məlumatına görə, bununla da Yəmənin iqtisadi paytaxtının böyük bir hissəsi üsyançıların nəzarəti altına keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR