Yunanıstanda 35 avtomobilin iştirakı ilə yol qəzası baş verib

Yunanıstanda 35 avtomobilin iştirakı ilə yol qəzası baş verib
# 12 dekabr 2014 20:51 (UTC +04:00)

Bakı-APA. Yunanıstanda, Lamia-Afına avtomagistralında 35 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Hələlik qəzanın səbəbləri müəyyən edilməyib. Məlumatlara görə, adıçəkilən ərazidə gün ərzində güclü yağıntı olub, həmçinin avtomagistralda təmir işləri aparıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR