Azərbaycanda elektrik paylayıcı şəbəkələrdə itkilərin iki dəfə azaldılması nəzərdə tutulur

Azərbaycanda elektrik paylayıcı şəbəkələrdə itkilərin iki dəfə azaldılması nəzərdə tutulur
# 21 iyul 2014 16:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda 2020-ci ilə kimi elektrik paylayıcı şəbəkələrdə itkilərin 15,5%-dən 6,5-7%-a endirilməsi nəzərdə tutulub.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyinin energetika şöbəsinin müdir müavini Asəf Rzayev bildirib.

O əlavə edib ki, 2020-ci ilə qədər ölkə üzrə elektrik ötürücü xətlərdə itkilərin səviyyəsini 4,1%-dən 2,8%-ə salmağı planlaşdırırlar: “İtkilərin qarşısının alınmasında ən böyük iş paylayıcı şəbəkənin üzərində düşür. Bunun üçün ölkənin elektrik enerjisi şəbəkəsində itkilərin səviyyəsinin azaldılması üçün 4 mlrd. dollar həcmində sərmayə lazımdır”.

A.Rzayev qeyd edib ki, regionlarda paylayıcı şəbəkələrdə elektrik enerjisinin itkisi daha çoxdur - 18%: “Bakıda isə bu, 9% təşkil edir. Avropa və digər qabaqcıl ölkələrdə bu göstərici 5-7% həddindədir”.

Qeyd edək ki, ölkədə ümumi generasiya gücü 7 100 MVt olan stansiyalar var ki, onların 14-ü istilik, 11-i isə su elektrik stansiyalarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR