“Səba” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, iclas iyunun 29-da baş tutacaq.
İclasın gündəliyinə cəmiyyətin səhmdarı tərəfindən əlavə maya qoyuluşu hesabına nizamnamə kapitalının artırılması, bununla bağlı səhmdar cəmiyyətin nizamnaməsində müvafiq dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul olunması, cəmiyyətin 2017-ci il üçün illik (maliyyə) hesabatları, cəmiyyətin 2017-ci ilin nəticələrinə görə dividendlərin müzakirə edilməsi, kənar auditorun seçilməsi və digər məsələlər daxil edilib.