Bank Of Baku

İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir

İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir
# 28 iyun 2026 08:42 (UTC +04:00)

ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında ABŞ-ın ölkənin cənub sahillərində yerləşən bir neçə müşahidə və nəzarət obyektinə endirdiyi hava zərbələrini kəskin pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də müharibənin dayandırılmasına dair memorandumun pozulması kimi qiymətləndirib.

Nazirlik ABŞ-ı öhdəliklərini pozmaqda ittiham edərək bildirib ki, bu hücumlar ABŞ-ın üzərinə götürdüyü öhdəliklərə heç bir dəyər və etibar vermədiyini göstərir.

İran Xarici İşlər Nazirliyi, həmçinin vurğulayıb ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər hansı hərbi təcavüzə qarşı öz milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR