Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 İyul

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 İyul
# 05 iyul 2016 18:17 (UTC +04:00)

Artıq ikinci gündür ki, neftin qiymətləri enir və eyni anda bir neçə faktor treyderlərin əhvalına təsir göstərib. Bu ilin fevralında Səudiyyə Ərəbistanı ilk dəfə olaraq ABŞ və Asiya ölkələrinə satdığı neftin qiymətini aşağı salıb. Amma ötən aylar ərzində sözü gedən ölkə yalnız qiymətlərin artırılması ilə məşğul olub. Mövqeyin dəyişilməsinin səbəbi var. Asiya regionunda daha geniş yayılmış "Arab light" markasından olan neftdir ki, avqust ayında onun ixrac qiymətinin 40 sent daha ucuz olacağı ehtimal edilir. Hazırkı şəraitdə Asiya bazarı Səudiyyə Ərəbistanı üçün əsas ticarət sahəsi hesab olunur. Lakin görünən odur ki, buradakı mövcud vəziyyət onları qətiyyən qane etmir. Göründüyü kimi adı çəkilən ölkə nəinki liderliyini əldən verib, eyni zamanda birinci və ikinci yerləri bölüşdürən Rusiya və Anqoladan sonra üçüncü yerdə qərarlaşıb. Yeri gəlmişkən, Rusiya Çinə göndərdiyi neftin ümumi həcmini təqribən 50 faiz artırıb. Qiymətlərdə endirim edilməsinin başqa obyektiv səbəbləri də var. Məsələ burasındadır ki, cari ilin üçüncü rübündə Asiya bazarlarını ənənəvi qiymət azalması gözləyir. Bunun da əsas səbəbi sözügedən vaxtda dünyadakı neft emalı zavodlarının çoxunun təmirə dayanmasıdır ki, bu faktor da qiymətlərə bilavasitə öz təsirini göstərəcək. Xatırlatmaq yerinə düşər ki, ötən ilin yayında da Səudiyyə Ərəbistanı bu region üçün qiymətləri azaldırdı ki, bu siyasət də ilin sonuna qədər davam etdi. Bundan başqa, Səudiyyə hökuməti "Şeyba" neft yatağındakı hasilat həcmini üç dəfəyədək artırdı, bundan əlavə, ayın əvvəlində əlavə neft ehtiyatları da yarandı ki, sonradan bu ehtiyatlar endirimli qiymətlə satışa göndərildi. Həmçinin bu ilin iyun ayında Nigeriya, Səudiyyə Ərəbistanı və Liviya sutkalıq hasilat həcmini müvafiq olaraq 90, 70 və 40 faiz həcmində artırdılar. Kanada da ölkədəki neft saxlanclarında baş vermiş yanğınlardan sonra hasilatı tamamilə bərpa etdi. Bu da heç şübhəsiz neft bazarındakı qiymətlərə təzyiq edilməsi ilə müşayiət olundu. Bu arada Rusiya Mərkəzi Bankının III rübə planlaşdırılan satış qiymətləri ilə bağlı proqnozlarına görə, neftin bir çəninin qiyməti 40 dollar təşkil edəcək və bankın bu qənaətini digər ekspertlər də bölüşür. Bütün bunlar isə neftin qiymətlərində hələ bir müddət enmə müşahidə olunacağını deməyə əsas verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR