Lənkəranda üç uşaq üzərində açıq ürək əməliyyatı keçirilib

Lənkəranda üç uşaq üzərində açıq ürək əməliyyatı keçirilib
# 26 aprel 2013 16:45 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev-APA. Aprelin 26-da Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatı keçirilib. Mərkəzin baş həkiminin müavini Dadaş Dadaşovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Rəşad Mahmudovun rəhbərlik etdiyi həkim briqadası tərəfindən yerinə yetirilib. Əməliyyat anadangəlmə ürək qüsuru olan 3 uşaq üzərində aparılıb. Uğurla başa çatan hər üç əməliyyat monitorların köməyi ilə birbaşa izlənilib.

Məlumata görə, R. Mahmudov sabah Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzində daha iki xəstə uşaq üzərində açıq ürək əməliyyatı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR