Bakıda yaşayış evi yanıb

Bakıda yaşayış evi yanıb
# 21 may 2015 10:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evində yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 40 kvadratmetr olan bir mərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 kv.m sahədə və ev əşyaları yanıb.

Yanğından evin qalan hissəsi mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR