Dövlət Komitəsi: Azərbaycan Uşaq Məcəlləsinin layihəsi hazırdır

Dövlət Komitəsi: Azərbaycan Uşaq Məcəlləsinin layihəsi hazırdır
# 22 aprel 2015 09:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. "Azərbaycan Uşaq Məcəlləsinin layihəsi artıq hazırdır".

Bu barədə APA-ya məlumat verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, layihə ilin sonuna kimi hökumətə təqdim olunacaq.

E. Səfərovun sözlərinə görə, Uşaq Məcəlləsinin hazırlanması zamanı beynəlxalq və aidiyyəti dövlət qurumlarının rəyləri öyrənilir: “Məcəllənin hazırlanmasında BMT-nin Uşaq Fondu – UNİCEF-dən, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri öyrənilir. 2012-ci ilin yanvar ayında BMT-də Azərbaycan hökumətinin uşaq hüquqlarının müdafiəsinə dair konvensiyaya dair növbəti hesabatı dinlənilərkən Uşaq Məcəlləsinin qəbulu təklif olunmuşdu. Azərbaycanın Uşaq Məcəlləsi BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasına uyğun hazırlanıb. Uşaq Məcəlləsində uşaq nikahlarının qarşısının alınması, valideyn məsuliyyətinin artırılması, uşaqların orqan satışının qarşısının alınması, internetdə uşaq hüquqlarının müdafiəsi sisteminin yaradılması, uşaq alveri ilə mübarizə, uşaqlara qarşı zorakılığın bütün formalarının qarşısının alınması kimi məsələlər əksini tapacaq. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında da Uşaq Məcəlləsinin yaradılması nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR