Metroda cibgirlik edən şəxslər tutulub

Metroda cibgirlik edən şəxslər tutulub
# 30 aprel 2013 08:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda metroda oğurluq edən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 28-i saat 08:30 radələrində metronun «İnşaatçılar» stansiyasında İsmayıllı rayon sakini Ziyafət Babayevaya məxsus içərisində 500 manat və təqaüd kartı olan pul kisəsi cibindən oğurlanıb. Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Quba rayon sakini Fərasət Əhmədov və Rusiya vətəndaşı Rüstəm Alırin aprelin 29-da tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR