Hüquq müdafiəçiləri Kürdəmirdə Polis Şöbəsinin saxlanma yerində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri Kürdəmirdə Polis Şöbəsinin saxlanma yerində monitorinq keçiriblər
# 22 sentyabr 2015 12:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçiləri Rövşən Məmmədov və Rafiq Təmrəzovla birlikdə Kürdəmir rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, müvəqqəti saxlanma yeri təmir olunub və bütün standartlara cavab verir: “Saxlanma yerində saxlanılan şəxs yox idi. Biz polis şöbəsinin rəisi Oqtay Məmmədovla da görüşdük. Rayondakı vəziyyətlə maraqlandıq. Bildirdi ki, bir müddət əvvəl 14 yaşlı rayon sakini qətlə yetirilib. Həmin cinayətin üstü tez bir zamanda açılıb və cinayəti törətmiş şəxs tutulub. Daha sonra polis şöbəsində “Polislə vətəndaş münasibətləri ” mövzusunda seminar keçirdik. Seminarda polis əməkdaşları, sahə müvəkkilləri iştirak edirdilər. Onların suallarını cavablandırdıq ”.

E. Behbudov Kürdəmir rayonunda vətəndaşlar arasında “Polislə vətəndaş münasibətləri” mövzusunda sorğu keçirdiklərini də deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR