Aerokosmik məlumatların emalının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir

Aerokosmik məlumatların emalının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir
# 29 aprel 2015 12:39 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 9 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib.

APA-nın Müdafiə Sənayesi Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin 2015-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş səyyar kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, Milli Aerokosmik Agentliyinin (MAKA) 2015-ci ildə elmi-tədqiqat işləri üzrə planında müdafiə təyinatlı məmulatların fəaliyyət prinsiplərinin işlənməsi, aerokosmik məlumatların emalının təkmilləşdirilməsi və ekoloji monitorinq məsələlərinin həllinə xüsusi yer verilib.

İclasda qeyd edilib ki, müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi konstruktor işləri uğurla həyata keçirilir. Bu sahədə respublikanın elm ocaqlarından Milli Aviasiya Akademiyası və digərləri ilə sıx əməkdaşlıq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR