Bakıda avtomobil 77 yaşlı kişini vuraraq öldürüb

Bakıda avtomobil 77 yaşlı kişini vuraraq öldürüb
# 29 sentyabr 2015 08:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 28-də saat 11:20 radələrində, Nərimanov rayonu Ziya Bünyadov prospektində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseyn Nəcəfov idarə etdiyi “Mercedes” markalı avtomobillə 1938-ci il təvəllüdlü piyada Şavər Talıbovu vurub. Xəsarətlə 3 saylı Xəstəxanaya yerləşdirilən S. Talıbov orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR