Oqtay Əsədov: “Dağlıq Qarabağ münaqişəsi regionda sülhün bərpası yolunda ciddi maneədir”

Oqtay Əsədov: “Dağlıq Qarabağ münaqişəsi regionda sülhün bərpası yolunda ciddi maneədir”
# 22 aprel 2015 16:51 (UTC +04:00)

APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Yaponiya parlamentinin Müşavirlər Palatasının sədri Masaaki Yamazaki ilə görüşü zamanı deyib.

Azərbaycanın bu problemin həllində ikili standartlarla üzləşdiyini təəssüflə qeyd edən O. Əsədov əmin olduğunu bildirib ki, beynəlxalq təşkilatlar bu münaqişənin həlli üçün səylərini artıracaqlar.


Öz növbəsində M.Yamazaki qeyd edib ki, Yaponiya Dağlıq Qarabağ probleminin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır: “Bu problemin tezliklə həlli bizim də arzumuzdur. Yaponiya zor yolunu qəbul etmir, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinədir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR