Lənkəranda 61 yaşlı piyadanı maşın vurub

Lənkəranda 61 yaşlı piyadanı maşın vurub
# 24 avqust 2014 20:51 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 23-də axşam saatlarında rayonun Nərimanabad qəsəbəsi ərazisində qeydə alınıb.


Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 57 yaşlı Eldar Elbəy oğlu Salayevin idarə etdiyi "Hyundai" markalı minik avtomobili piyada, Lerik rayonunun Andurma kənd sakini, 61 yaşlı Vəciyyə Balaxan qızı Köçəriyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.


Faktla bağlı Lənkəran Şəhər-Payon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR