Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
# 07 noyabr 2015 18:09 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 18:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 41-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki rayonu Böyük Dəhnə kənd sakini, 1992-ci il təvəllüdlü Azər Mirzahir oğlu Məmmədov idarə etdiyi “VAZ 2101” markalı 45 BC 961 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyada, Şəki rayonu Cəfərabad kənd sakini, 1992-ci il təvəllüdlü Şahmar Şəhriyar oğlu Mehdiyevi vurub. 23 yaşlı Şahmar Mehdiyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR