Cənubi Koreyada şagird NcoV virusuna yoluxub

Cənubi Koreyada şagird NcoV virusuna yoluxub
# 08 iyun 2015 08:09 (UTC +04:00)

Bakı - APA. Cənubi Koreyanın Təhsil Nazirliyi 16 yaşlı şagirdin OŞRS NcoV (Orta Şərq Respirator Sindromu) virusuna yoluxduğunu təsdiqləyib.

APA-nın “The Korea Times”a istinadən verdiyi xəbərə görə, əvvəl bildirilirdi ki, uşaqlar və yeniyetmələrdə bu virusa qarşı immunitet var, bu üzdən də virusa 20 yaşdan yuxarı insanlar yoluxa bilərlər.

Hazırda ölkədə virus təhlükəsi üzündən 1900 təhsil müəssisəsi bağlanılıb, 2300-dən çox insan peyvənd olunub.

Cənubi Koreyada OŞRS NcoV virusuna yoluxan 6 nəfər ölüb, 87 virus daşıyıcısı var. Sözügedən virus əleyhinə heç bir vaksin və dərman yoxdur.

Qeyd edək ki, tədqiqatçılar “NcoV” virusunun Orta Şərq və Səudiyə Ərəbistanından yayıldığını iddia edirlər. Onların sözlərinə görə, bu virusu ilk vaxtlarda aşkarlamaq olduqca çətindir, yalnız xəstəlik müəyyən mərhələyə keçdikdə müəyyən etmək olur. Çünki onun ümumi əlamətləri “soyuqdəymə”yə bənzəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR