Yohannes Han: “Avropa İttifaqı assosiasiyaya meyl göstərməyən “Şərq Tərəfdaşlığı” ölkələrinin seçiminə hörmətlə yanaşır”

Yohannes Han: “Avropa İttifaqı assosiasiyaya meyl göstərməyən “Şərq Tərəfdaşlığı” ölkələrinin seçiminə hörmətlə yanaşır”
# 29 iyun 2015 21:56 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Minskdə səfərdə olan Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han bildirib.

“Aİ assosiasiya sazişini imzalamağı, Aİ-yə iqtisadi inteqrasiya olmağı planlaşdırmayan ölkələrin seçiminə hörmətlə yanaşır”, deyə Yohannes Han Minskdə keçirilmiş “Şərq Tərəfdaşlığı”nın nazirlər səviyyəsində keçirilmiş qeyri-formal görüşdə bildirib.

Bununla belə o proqramın bütün üzvlərinin Aİ ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduğunda və öz öhdəliklərini icra edəcəklərinə əmin olduğunu bildirib.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Aİ-nin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan Moldova və Ukrayna ilə siyasi assosiasiyasını və iqtisadi inteqrasiyasını nəzərdə tutur. Gürcüstan Moldova və Ukrayna Aİ ilə assosiativ tərəfdaşlıq haqqında sazişi imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR