Kürdəmir sakini Ağsuda göldə batıb - YENİLƏNİB

Kürdəmir sakini Ağsuda göldə batıb - <span style="color: red;">YENİLƏNİB
# 13 iyul 2016 21:06 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov-APA. Kürdəmir sakini Ağsuda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu rayonunun Muradlı kəndində baş verib. Kürdəmir rayon sakini, 1993-ci il təvəllüdlü Ceyhun Əliqardaş oğlu Hasilov göldə qayıqla üzərkən, hələlik məlum olmayan səbəbdən qayıq çevrilib.

Nəticədə C. Hüseynov boğularaq ölüb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mərhumun meyitini sudan çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.

***

21:36

Bakı-APA. Ağsuda 22 yaşlı gənc göldə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Muradlı kəndi ərazisində yerləşən süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1994-cü il təvəllüdlü, Hasilov Ceyhun Əliqardaş oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:37-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR