Quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub

 Quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 07 may 2015 13:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Mübariz Zaxarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, M. Zaxarov 9 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, ötən il oktyabrın 30-da Qaradağ rayonunda yerləşən ticarət mərkəzində naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynovun üzündən elektroşokla vuraraq içərisində 5000 manat olan sellofan paketi əlindən alaraq qaçıb. Qaradağ RPİ 10-cu Polis Bölməsi, Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Şərur rayon sakini Mübariz Zaxarov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR