Bakı. Türbət Bağırova - APA. Tacikistanın sabiq daxili işlər naziri Yaqub Səlimov azadlığa buraxılıb.
APA-nın “tajikta.tj” saytına istinadən verdiyi xəbərə görə, bu barədə sabiq nazirin qohumları məlumat verib.
60 yaşlı Y. Səlimov 13 il məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, Y. Səlimov 2003-cü ildə Rusiyada saxlanılıb və Tacikistan tərəfinin sorğusu əsasında ekstradisiya edilib. O, 2005-ci ildə vətənə xəyanətdə ittiham edilərək 15 il müddətinə azadlıqdan məhrum edilib. Y. Səlimovun həbs müddəti amnistiya qərarına əsasən azaldılıb.
Xatırladaq ki, Y. Səlimov Tacikistan xalq hərəkatının liderlərindən biri olub. 1997-ci ildə o, prezident Emomali Rəhmona qarşı təşkil edilmiş sui-qəsdin qarşısını alıb.