Avropa İttifaqı: Azәrbaycanla әmәkdaşlıq üçün yeni hüquqi çәrçivәdә razılıq әldә olunmalıdır

Avropa İttifaqı: Azәrbaycanla әmәkdaşlıq üçün yeni hüquqi çәrçivәdә razılıq әldә olunmalıdır
# 19 mart 2015 06:47 (UTC +04:00)

APA-nın mәlumatına görә, bu sözlәri Latviyanın xarici işlәr naziri, Avropa İttifaqının fəaliyyətdə olan sədri Edqars Rinkeviç Norveçin xarici işlәr naziri Bordo Brende ilә görüşdә “Şәrq tәrәfdaşlığı” çәrçivәsindә vә Riqa Sammiti әrәfәsindә perspektivlәr barәdә danışarkәn deyib.

O, analoji razılaşmanın Ermәnistanla da әldә edilmәsinin planlaşdırıldığını qeyd edib: ““Şәrq tәrәfdaşlığı” vahid platformada inkişafı etdirilmәli, eyni zamanda tәrәfdaş ölkәlәrә fәrdi yanaşma da nümayiş etdirilmәlidir. İkitәrәfli әlaqәlәr möhkәmlәndirilmәli, Moldova, Gürcüstan vә Ukrayna ilә assosiativ sazişlәrin tәtbiqi tәmin edilmәlidir. Belarusla da әlaqәlәr güclәndirilmәli, bütün tәrәfdaş ölkәlәrlә vizanın asanlaşdırılması istiqamәtindә işlәr görülmәlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR