Azərbaycanın məşhur kimyaçı alimi vəfat edib

Azərbaycanın məşhur kimyaçı alimi vəfat edib
# 05 oktyabr 2015 14:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Nadir Seyidov bu gün 84 yaşında vəfat edib. AMEA-dan APA-ya verilən xəbərə görə, dünya şöhrətli Azərbaycan alimi, yüksək molekulyar birləşmələr və neft kimyası məktəbinin korifeylərindən hesab olunan N. Seyidov Nadir Seyidov 1932-ci il aprelin 28-də Naxçıvanda anadan olub.

Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirəndən sonra namizədlik, daha sonra doktorluq dissertasiyası müdafiə edib, ölkədə ən gənc elmlər doktorlarından biri olub. 1989-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

O, “Əməkdar Elm Xadimi” adına layiq görülüb, “Şərəf” və “Şöhrət” ordenləri ilə, həmçinin “Amerika Şərəf medalı” ilə təltif edilib. Alim elmə verdiyi böyük töhfələrinə görə ona Prezident təqaüdü təyin olunub.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR