BDU-da Yapon mədəniyyəti günü keçirilir - FOTOSESSİYA

BDU-da Yapon mədəniyyəti günü keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 02 oktyabr 2015 08:41 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsində uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Yapon mədəniyyəti günü keçirilib.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbiri açan kafedra müdiri Oqtay Cəlilbəyli bildirib ki, 22 noyabr 2013-cü il tarixində Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq və əməkdaşlıq haqqında imzalanan sazişə əsasən, İto şəhərinin sənət adamları Azərbaycanda Yapon mədəniyyəti günü təşkil edirlər. BDU-da keçirilən tədbirin həmin silsilədən olduğunu bildirən Oqtay Cəlilbəyli onu da qeyd edib ki, fakültənin yapon dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrə, eyni zamanda bu ölkənin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı fənlər tədris olunur və tədbir həm də bu baxımdan faydalıdır.

Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşı Obata BDU və Yaponiya səfirliyi arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Sonra İto şəhərindən gəlmiş nümayəndə heyəti milli geyimlərini, musiqilərini, gül ənənəsini, yazı xəttatlığını, çay dəstgahını təqdim edib.

Tədbirdə Yapon dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələr də öz məharətlərini nümayiş etdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR