Şabranda avtobus piyadanı vurub

Şabranda avtobus piyadanı vurub
# 30 avqust 2015 09:05 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Bu gün Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, 1964-c il təvəllüdlü, Şabran raonu Əmirxanlı kənd sakini Quliyeva Nərminə Mirzəağa qızını marşrut avtobusu vurub. Nəticədə piyada aldığı xəsarətlərlə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta stabildir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR