Paşha Bank
Bank Of Baku

Narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb

Narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb
# 04 aprel 2019 09:19 (UTC +04:00)

Şəki və Balakəndə narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın şimal-qərb bürosuna verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə saxlamaqda  şübhəli bilinən rayonun Əlyar kənd sakini 24 yaşlı  Sadiq Əhmədzadə saxlanılıb. Şəxsi axtarış keçirilən zaman  onun üzərindən  320 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Balakən RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə  narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qullar kənd sakini, əvvəllər məhkum olunmuş  33 yaşlı  Cəbrayıl Nastakalov  saxlanılıb. C. Nastakalovun üzərinə şəxsi axtarış keçirilən zaman  29,16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR