AB: Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar səngiyib

AB: Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar səngiyib
# 20 mart 2013 23:37 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda heç bir tərəqqi yoxdur. Təmas xəttində insidentlər, Ramil Səfərovun işi və Dağlıq Qarabağda aeroportun açılması məsələləri münaqişənin həlli istiqamətində addımlar atılması prioritetini gərginliyi azaltmaq cəhdləri ilə əvəzləyib”.

APA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasının Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində 2012-ci ildə əldə etdiyi tərəqqi üzrə illik hesabatında bildirilir.

Hesabatda deyilir ki, qeyd olunanlar münaqişənin həlli üzün lazım olan qarşılıqlı etimadın daha da azalmasına səbəb olub.

“Habelə təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizminin yaradılması istiqamətində heç bir tərəqqi əldə olunmayıb. Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmasına dair danışıqlar prosesində ləngimə müşahidə olunur, iki ölkənin prezidentləri 2012-ci ilin yanvar ayında Soçidə baş tutmuş görüşdən sonra bir araya gəlməyiblər. Təhlükəsizlik məsələləri ilə narahatlıq doğurur. Belə ki, 2012-ci ilin iyununda – ABŞ dövlət katibi Hillari Klintonun regiona səfəri ilə eyni vaxtda təmas xəttində ciddi gərginlik müşahidə olunub, silahlı insident nəticəsində 8 nəfərin həlak olduğu barədə məlumat verilib”, - deyə hesabatda bildirilir.

Qeyd olunur ki, Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi ATƏT-in Minsk Qrupuna dəstək məqsədilə vaxtaşırı regiona səfər edir, həmçinin AB-nin münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühitinin formalaşmasına yönəlmiş “Avropa tərəfdaşlığı Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə həllinə tərəfdardır” layihəsi ikinci fazasına keçib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR