“Gürcü Arzusu”nun reytinqi 18% azalıb

“Gürcü Arzusu”nun reytinqi 18% azalıb
# 25 mart 2015 08:05 (UTC +04:00)

APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “Gürcü Arzusu”nun reytinqi 54%-dən 36%-ə düşüb. Lakin hakim koalisiya hələ birinciliyini qoruyub saxlayır.

Keçmiş prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının reytinqi dəyişməz qalıb – 15%. Sabiq müdafiə naziri, “Gürcü Arzusu”ndan ayrılan İrakli Alasaniyanın liderlik etdiyi “Bizim Gürcüstan - Azad Demokratlar” Partiyası 10%-lə üçüncü pilləyə yüksəlib. Leyboristlər Partiyası 6%-lə dördüncü yerdədir. Nino Burcanadzenin rəhbərlik etdiyi “Birləşmiş Demokratik Hərəkat” 5,5%-lə eyni miqdarda reytinqə malik “Vətənpərvərlər Alyansı” ilə birlikdə 5-ci, 6-cı yerləri bölüşdürür.

Rəy sorğusunu ABŞ Dövlət Departamenti maliyyələşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR