İsrail prezidenti: “Mahmud Abbas sülhə hazır bir liderdir”

İsrail prezidenti: “Mahmud Abbas sülhə hazır bir liderdir”
# 16 iyul 2014 12:08 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Mahmud Abbas sülhə hazır, gerçək bir liderdir”.

APA-nın məlumatına görə, bunu İsrail prezidenti Şimon Peres “Associated Press”ə müsahibəsində Qəzzadakı vəziyyəti dəyərləndirərkən deyib.

Misir hökumətinin təklifinə münasibət bildirən Ş. Peres ölkəsinin buna müsbət yanaşdığını, lakin HƏMAS-ın bu təklifə razılıq vermədiyini təəssüflə qeyd edib.

“Qəzzadakı vəziyyət faciəvi və bərbaddır. Analarımızın, uşaqlarımızın gecə rahat yatması üçün HƏMAS-ın hücumlarının qarşısını alacağıq. Başqa nə edə bilərik?”, - deyə o vurğulayıb.

İsrail prezidenti həmçinin Fələstin rəhbəri ilə sülh razılaşması əldə edəcəklərinə inandığını vurğulayıb.

“Beynəlxalq təcrübə göstərir ki, xalqların ayrılması ailələrə xoşbəxtlik gətirir. Çexoslovakya iki yerə bölünüb. İndi bədbəxt bir dövlət əvəzinə iki xoşbəxt dövlət var. Yuqoslaviyada da eyni situasiyanı müşahidə edirik”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR