Yevlax və Mehdiabadda yanğın olub

Yevlax və Mehdiabadda yanğın olub
# 19 may 2015 14:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeron və Yevlaxda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin zirzəmisində yığılmış istifadəsiz ev əşyaları 15 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 13:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Yevlax şəhərində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan şirniyyat sexinin yanar konstruksiyaları yanıb. Digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR