Polşalı alimlər Zaqatalaya elmi ezamiyyətə gəliblər - FOTO

Polşalı alimlər Zaqatalaya elmi ezamiyyətə gəliblər - <span style="color: red;">FOTO
# 04 sentyabr 2015 14:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Polşalı alimlər Zaqatala rayonuna elmi ezamiyyətə gəliblər.

Bu barədə APA-ya Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov məlumat verib. O bildirib ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Polşa Respublikasından olan alimlər - etnoqrafiya elmləri doktoru İrena Katoviç Barovi və tarix elmləri doktoru Qjeqoj Rıjevski Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinə elmi ezamiyyətə gəliblər: “Hər iki tədqiqatçı XIX əsrdə Polşa üsyanları zamanı Qafqaza sürgün edilmiş polyakların taleyinin öyrənilməsi sahəsində məşhur olan mütəxəssislərdir. Məlum olduğu kimi, sürgün edilmiş polyakların çoxsaylı icmasi Zaqatalada XIX əsrin axırlarına qədər yaşayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR