Bakıda “Volkswagen” dirəyə çırpılıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb - FOTOSESSİYA - VİDEO

Bakıda “Volkswagen” dirəyə çırpılıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 iyul 2014 04:06 (UTC +04:00)

APA-nın məlumatına görə, Hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

“Volkswagen” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb. Bundan sonra maşın aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin 49 yaşlı Məhərrəm Əsgərov dünyasını dəyişib, daha iki sərnişin - 50 yaşlı Maya Şirəliyeva və 62 yaşlı Rasim Əliyev müxtəlif dərəcəli bədən xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.

Hadisənin dəqiq səbəbi hələ ki məlum deyil. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR