Müsavat Partiyasının yeni başqanı məlum olub

Müsavat Partiyasının yeni başqanı məlum olub
# 27 sentyabr 2014 17:28 (UTC +04:00)

APA-nın məlumatına görə, qurultay nümayəndələrin əksəriyyəti - 228 nəfər Arif Hacılının namizədliyinə səs verib. Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19 səs toplayıb. Tələb olunan səs çoxluğu 225 səs təşkil edib. Səsvermədə 449 nəfər iştirak edib. İki bülleten etibarsız sayılıb.

Qeyd edək ki, Müsavat başqanlığına Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy namizəd olublar. S. Əlisoy öz namizədliyini Q. İbadoğlunun xeyrinə geri götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR