İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın İranın infrastruktur obyektlərinin hədəfə alınması ilə bağlı təhdidlərinə münasibət bildirərkən qeyd edib.
O bildirib ki, nəqliyyat şəbəkəsindən tutmuş elektrik və su sənayesinədək həyati əhəmiyyət daşıyan infrastruktur obyektlərin hədəfə alınması ilə bağlı təhdidlər güc göstəricisi deyil.
“Bu, bir xalqın iradəsi qarşısında acizliyin əlamətidir. İran öz mütəxəssislərinin bilik və bacarığına, milli birliyə və xalqın həmrəyliyinə arxalanaraq hər cür təzyiq və ya təhdid qarşısında qətiyyətlə dayanacaq”, - Pezeşkian "X" hesabında vurğulayıb.