Ağstafada yük maşını qoyun sürüsünə girib - VİDEO

Ağstafada yük maşını qoyun sürüsünə girib - <span style="color: red;">VİDEO
# 08 iyul 2014 08:11 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, sürətlə gələn TIR kənd sakini Samir İlqarova məxsus qoyun sürüsünə girib. Nəticədə 5 qoyun hadisə yerində tələf olub, bir neçəsi isə yaralanıb.

Türkiyə Respublikasına aid dövlət nömrə nişanlı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Kənd sakinlərinin dediyinə görə, hadisə baş verən ərazidə yol nişanları radar quraşdırılmasına baxmayaraq, bəzi sürücülər burada yüksək sürətlə hərəkət edirlər.

Qeyd edək ki, təxminən 3 həftə öncə Bakı-Qazax avtomagistralının Dağ Kəsəmən kəndi ərazisində oxşar qəza baş verib. Hadisə nəticəsində 11 baş iribuynuzlu mal-qara tələf olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR