Oqtay Əsədov Avropa Parlamenti deputatlarının Dağlıq Qarabağa səfərinə münasibət bildirib

Oqtay Əsədov Avropa Parlamenti deputatlarının Dağlıq Qarabağa səfərinə münasibət bildirib
# 30 aprel 2013 09:41 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Milli Məclisin növbəti plenar iclası başlayıb. APA-nın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın parlamentə Heydər Əliyevin 90 illiyi ilə bağlı Amnistiya Aktının qəbul edilməsi ilə əlaqədar müraciət etdiyini deyib.


Spiker gündəliyin müzakirəsinə keçməmişdən əvvəl bəzi cari məsələlərə toxunub. O. Əsədov BMT və Avropa Şurasının Azərbaycanın ərazi bütövlüyünün dəstəkləməsi, erməni işğalçılarının torpaqlarımızdan çıxması ilə bağlı qətnamələrinin olduğunu xatırladıb: “Ancaq Avropa Parlamentinin bəzi deputatlarının davranışı suallar doğurur. Cənubi Kiprin Avropa Parlamentindəki deputatı qondarma Dağlıq Qarabağ Respublikasının parlamentində çıxışında deyib ki, sizin xidmətçilərinizik. O, ərazi bütövlüyü məsələsinə baxmayaraq, xalqların müqəddəratını təyin etmə hüququnun hər bir şeydən üstün saydığını söyləyib. Fransız deputatı Valeri Buaye dostluq qrupu yaradıb və Dağlıq Qarabağ səfər edib. O bildirib ki, məqsədləri Dağlıq Qarabağda yaşayan xalqın müstəqilliyini təmin etməkdir. Mən hesab edirəm ki, bu məsələyə bütün vətənpərvər qüvvələr, deputatlar, jurnalistlər, bir sözlə hamı öz münasibətini bildirməlidir”.

Spiker bu səfərlə bağlı Avropa Parlamentinin sədrinə müraciət edəcəyini də deyib: “Mən artıq Martin Şultsa bununla bağlı məktub yazıram”.

O. Əsədov Kaliforniya ştatının 6 deputatının Azərbaycanda səfərdə olduğunu, bütün tədbirlərdə Azərbaycanın haqqını tələb edəcəklərini bəyan etdiklərini də qeyd edib: “Bir neçə gün sonra həmin komitə sədri mənə yazdı ki, elektron poçtuma çoxlu sayda hücumlar olur, mən daha sizi müdafiə edə bilməyəcəyəm”.

Qeyd edək ki, bugünkü iclasının gündəliyinə 16 məsələ daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR