Bakı. Faiq Mahmudov – APA. Moskvanın cənubunda yerləşən ticarət mərkəzlərindən birində yanğın baş verib.
APA-nın Rusiya FHN-in Moskva üzrə idarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 200 nəfər yaxınlıqdakı “Avtozavodskaya” metro stansiyasına təxliyyə edilib.
“Masterkova küçəsində yerləşən ticarət mərkəzinin binasının 20 kv metr sahəsində yanğın baş verib. 200 nəfər təxliyyə edilib. Hadisə yerində Moskva FHN-in 32 nəfər şəxsi heyəti və 8 texnikası işləyir", - deyə mətbuat xidmətinin məlumatında bildirib.
Xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.
Moskvada ticarət mərkəzində yanğın olub, 200 nəfər təxliyyə edilib
14 iyul 2015 13:47 (UTC +04:00)
MDB
Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib
01:43
6 may 2024
Lavrov: “Qərb Ukraynada vəziyyətin pisləşdiyini bilir”
22:58
5 may 2024
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Macarıstana səfər edəcək
17:35
5 may 2024
Rusiyalı deputat: “Anatoli Çubays “xarici agent” elan edilməlidir”
15:36
5 may 2024