Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 29 iyun 2015 11:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-50, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 50-100, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyunun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 235 m3/s olmaqla ongünlük normanın 58 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 126 m3/s olmaqla ongünlük normanın 31 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 39 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 59 m3/s təşkil edərək ongünlük normanın 36 faizinə bərabər olub.

İyunun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, Bankədə 1 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 sm (2014-cü il iyunun 29-da 301 sm), Şirvanda 155 sm (2014-cü il iyunun 29-da 145 sm), Salyanda 70 sm (2014-cü il iyunun 29-da 74 sm), Bankədə 175 sm (2014-cü il iyunun 29-da 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 45 sm (2014-cü il iyunun 29-da 38 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR