Şəkidə sürücü yol polisini vuraraq hadisə yerindən qaçıb

Şəkidə sürücü yol polisini vuraraq hadisə yerindən qaçıb
# 17 aprel 2013 07:12 (UTC +04:00)

Şəki RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, 1969-cu il təvəllüdlü Eldar Nurəddin oğlu Cumazadə xidmətdə olarkən, Balakən rayon sakini, Bəxtiyar Kərimovun idarə etdiyi “VAZ-21099” markalı, 10 NO 348 dövlət nömrə nişanlı maşını yol hərəkəti qaydasını pozduğu üçün saxlayıb. Lakin B. Kərimov yol polisinin saxla əmrinə tabe olmayaraq maşını E. Cumazadənin üstünə sürüb və onu vuraraq hadisə yerindən qaçıb. Xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində yol nəqliyyat hadisəsi törədən B. Kərimov idarə etdiyi avtomobillə saxlanılaraq rayon Polis Şöbəsinə təhvil verilib.

Müayinə zamanı sürücünün sərxoş olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR