İsrail Misir hökumətinin atəşkəs təklifini qəbul edib

İsrail Misir hökumətinin atəşkəs təklifini qəbul edib
# 15 iyul 2014 09:06 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İsrail Qəzza zolağında atəşkəsin təmin edilməsi ilə bağlı Misir hökumətinin təklifini qəbul etdiyini bəyan edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Təhlükəsizlik Komitəsinin yaydığı bəyanatda bildirilir.

Lakin Qəzzaya nəzarət edən HƏMAS bu təklifi “təslim” kimi qiymətləndirərək ondan imtina edib.

Qeyd edək ki, Misir hökuməti tərəflərə Qahirədə görüş keçirməyi təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR