ABŞ-da yeniyetməni güllələyən polis əməkdaşı günahsız sayılıb

ABŞ-da yeniyetməni güllələyən polis əməkdaşı günahsız sayılıb
# 25 noyabr 2014 04:45 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Missuri ştatının qubernatoru Cey Nikson 18 yaşlı afroamerikalı Maykl Braunun qətli ilə bağlı məhkəmə qərarının elan olunması ərəfəsində şəhərdə fövqəladə vəziyyət elan edib.

Öz növbəsində, Ferqüson şəhərinin polis rəisi M.Braunun ailəsindən və bütün afroamerikalılardan üzr istəyib. Hökumətin Missuridə iğtişaşların yeni dalğasının baş qaldırmasından ehtiyat etdiyi bildirilir.

Xatırladaq ki, Maykl Braun avqustun 9-da Fergüson şəhərində polisin tələbinə tabe olmadığına görə qətlə yetirilmişdi. İnsidentdən sonra şəhərdə kütləvi iğtişaşlar, polis ilə etirazçılar arasında toqquşmalar baş vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR