Salyanda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Salyanda avtomobil aşıb, iki nəfər xəsarət alıb
# 12 iyul 2016 16:10 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda baş verən avtoqəzada sürücü və sərnişin xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 17.30 radələrində Salyan raronunun Çadırlı kəndində qeydə alınıb. Yardımlı rayon Abaş kənd sakini, 1984-cü il təvəllüdlü Fərziyev Əhməd Fikrət oğlunun idarə etdiyi “Opel” markalı 99 BE 925 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq bir neçə dəfə yuvarlanıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Salyan rayon Qaraçala qəsəbə sakini, 1995-ci il təvəllüdlü Nağızadə Elməddin Qalib oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR