Nursultan Nazarbayev: "KTMT başqa ölkələr və beynəlxalq təşkilatlarla qarşılıqlı konstruktiv fəaliyyətə açıqdır"

Nursultan Nazarbayev: "KTMT başqa ölkələr və beynəlxalq təşkilatlarla qarşılıqlı konstruktiv fəaliyyətə açıqdır"
# 23 dekabr 2014 13:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı başqa ölkələr və birliklərlə qarşılıqlı konstruktiv fəaliyyətə açıqdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dövlət başçılarının sammitində çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

"KTMT başqa ölkələr və beynəlxalq təşkilatlarla qarşılıqlı konstruktiv fəaliyyətə açıqdır. Ümid edirəm ki, bu gün keçirilən iclasda qəbul olunacaq qərarlar KTMT-yə üzv dövlətlər arasında təhlükəsizliyin təminatı sahəsində əməkdaşlığı möhkəmləndirməyə və effektiv fəaliyyəti artırmağa kömək edəcək", - deyə Qazaxıstan prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR