Bakıda 7-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri Sərgisi başlayıb

Bakıda 7-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri Sərgisi başlayıb
# 22 oktyabr 2014 11:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bu gün Bakıda 7-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri Sərgisi (“CİPS Caspian”) başlayıb.

APA-nın məlumatına görə, “İTECA Caspian” şirkəti tərəfindən təşkil olunan sərgi oktyabrın 25-dək davam edəcək.

Sərgidə 60-dan artıq yerli və xarici şirkət öz məhsullarını nümayiş etdirir.

“CİPS-2014” sərgisində təhlükəsizliyin təmin edilməsi üçün texniki vasitələr, mühafizə televiziyası və müşahidə sistemləri, yanğın təhlükəsizliyi, qəza-xilasetmə texnikası, əməyin mühafizəsi, məlumatların mühafizəsi, mikro-prosessorlu “smart” kartlar və identifikasiya texnologiyaları daxil olmaqla müxtəlif avadanlıqlar nümayiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR