Bakıda axtarışda olan şəxslər saxlanılıb

Bakıda axtarışda olan şəxslər saxlanılıb
# 16 noyabr 2015 09:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərində axtarışda olan şəxslər saxlanılıb.

Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayon 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Amil Şahməmmədov tutulub.

Xətai rayon 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1989-cu il təvəllüdlü Məhəmməd Quliyev saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR