Ötən ay vətəndaşlara verilən elektron imzaların sayı 100-ü ötüb

Ötən ay vətəndaşlara verilən elektron imzaların sayı 100-ü ötüb
# 10 iyul 2015 08:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İyun ayında əldə olunan elektron imza sertifikatlarının sayı 119 olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlara 61, dövlət qurumlarına 20, hüquqi şəxslərə isə 38 elektron imza verilib.

Hazırda e-imzaya sahib vətəndaşların sayı 7 595, dövlət qurumlarının sayı 20 865, hüquqi şəxslərin sayı isə 6 137-yə çatıb.

Bu gün ümumilikdə 34 597 e-imza sertifikatı istifadədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR